| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir

2018-03-08 09:23:01

8 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya diplomatiyasına həsr edilmiş dəyirmi masa keçirilmişdir.

 

Yaponiya Baş nazirinin Xüsusi Məsləhətçisi, Keio Universitetinin Sistem Dizaynı və Menecment Fakültəsinin doktoru Tomohiko Taniquçinin iştirakı ilə keçirilən görüşdə SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev tədbiri giriş sözü ilə açaraq dəyirmi masa iştirakçılarını Azərbaycan - Yaponiya ikitərəfli münasibətləri, hər iki ölkə arasındakı qarşılıqlı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri barədə məlumatlandırmışdır. Daha sonra Dr. Taniquçi “Yaponiya diplomatiyası və geostrateji məqsədləri” mövzusunda məruzə ilə çıxış edərək Yaponiya diplomatiyasının beynəlxalq arenada son 150 il ərzində keçdiyi inkişaf yolu və gələcək perspektivlərinə dair fikirlərini bölüşmüşdür.



Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katorinin də iştirak etdiyi dəyirmi masa beynəlxalq münasibətlər, siyasət və diplomatiya üzrə ekspert və mütəxəssislərin Azərbaycanda və dünyada  baş verən aktual məsələlərə dair fikir mübadiləsi və sual-cavab sessiyası ilə başa çatmışdır.

 



 

: 1025