| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da NATO PA-nın nümayəndə heyətinin iştirakı ilə görüş keçirilmişdir

2018-09-12 09:31:25

12 sentyabr 2018-ci il tarixində Bakıda səfərdə olan NATO PA-nın İqtisadiyyat və təhlükəsizlik Komitəsinin Keçid və İnkişaf alt-komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) görüş keçirilmişdir.

 

 

SAM-ın direktoru Fərhad Məmmədov tədbiri giriş sözü ilə açaraq qonaqları Azərbaycanın iştirakı ilə  həyata keçirilən infrastruktur layihələri, regional təhlükəsizliyin əldə edilməsində Azərbaycanın rolu və Azərbaycanın xarici siyasətinin əsas determinantları barədə məlumatlandırmışdır. Daha sonra, NATO PA-nın prezidenti Paolo Alli nümayəndə heyətinin üzvlərini təqdim etmiş və SAM-ın elmi işçilərinin mühazirəsi dinlənilmişdir.

 

 

SAM-ın İqtisadiyyat və Xarici siyasət məsələlərinin təhlili  şöbələrinin elmi işçiləri Gülmirə Rzayeva, Mahir Hümbətov və Fuad Çıraqov  müvafiq olaraq Cənubi Qaz Dəhlizinin regional Avropa və Türkiyə qaz bazarına təsiri, ölkənin nəqliyyat və logistika potensialının inkişafı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair aktual mövzular üzrə təqdimatla çıxış etmişlər.

 

 

Qeyd edək ki, 25 nəfərdən ibarət nümayəndə heyəti faktaraşdırıcı mahiyyət daşıyan səfər çərçivəsində bir sıra rəsmi dövlət  qurumlarında olmuş və ölkənin xarici və regional siyasəti, Yaxın Şərq və Mərkəzi Asiyada təhlükəsizlik və sabitlik, habelə Azərbaycanın ölkədaxili iqtisadi və enerji siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və eləcə də Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təhlükəsizliyi kimi məsələlərə dair məlumatlar əldə etmişlər.



 

: 483