| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirmişdir

2017-11-10 09:36:41

10 noyabr 2017-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.


Konfrans Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, Türk Şurasının baş katibi Ramil Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov,Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Çiydəm Tənkər Göksal, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun icraçı müavini Kazbek İsayev və Qırğızıstan Respublikasının Strateji Araşdırmalar İnstitutunun direktor müavini Nuradil Baydoletovun açılış nitqi ilə başlamışdır.


Moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusundakı paneldə Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Kürşad Melih Sarıaslan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun katibi Sevinc Dadaşzadə, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin  Elmi işçi Mahir Hümbətov, Türkiyənin Beykənt Universitetinin müəllimi Kazım Sarı, Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev və Türk Şurasının nümayəndəsi Pelin Musabəy çıxış etmişdir.





 

: 316