| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti SAM-ın qonağı olmuşdur

2017-09-22 11:18:21

20-23 sentyabr 2017-ci il tarixlərində Çin Xalq Respublikasının Çin Sosial Elmlər Akademiyasının prezidenti Van Veyquanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) tərəfindən 21 sentyabr 2017-ci ildə təşkil edilən “Çin Xalq Respublikası və Azərbaycan: İqtisadi inkişaf və əməkdaşlıq” mövzusundakı elmi konfransda iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur.

Səfər çərçivəsində, 22 sentyabr 2017-ci ildə on iki nəfərlik nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olmuşdur.

Görüş zamanı SAM-ın direktoru Fərhad Məmmədov qonaqları Mərkəzin elmi-tədqiqat fəaliyyəti və Azərbaycan-Çin münasibətləri barədə məlumatlandırmışdır. Bununla yanaşı, qeyd edilmişdir ki, Çin Sosial Elmlər Akademiyasının Rusiya Federasiyası, Şərqi Avropa və Mərkəzi Asiya institutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin imzaladığı Anlaşma Memorandumu çərçivəsində qonaq elmi işçilərin mübadiləsi, daimi məsləhətləşmələr və görüşlər keçirilib.

Çin Sosial Elmlər Akademiyası  humanitar və sosial elmlər sahəsində Çində fəaliyyət göstərən ən böyük beyin mərkəzidir


 

: 378