| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirmişdir

2018-05-16 12:33:33

16 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Milli birlik, tarixi varislik  və XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov tədbiri salamlama nitqi ilə açmışdır. 

 


Moderatorunun  SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin olduğu “Azərbaycan XX və XXI əsrlərin əvvəllərində:  Milli yaddaş və tarixin  çağırışları” mövzusundakı birinci paneldə Kazan Federal Universitetinin Beynəlxalq Münasibətlər, Tarix və Şərqşünaslıq İnstitutunun direktor müavini Dilara Usmanova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru Anar İsgəndərov, Balıkesir Universitetindən Dr. Sabahəddin Şimşir və SAM-ın şöbə müdiri Tahirə Allahyarova Cümhuriyyət dövrü tarixinə dair məruzələrlə çıxış etmişlər.




Moderatorunun Tahirə Allahyarovanın olduğu “Azərbaycan Xalq Cümhuriyyəti: İdeyadan gerçəkliyə gedən yol” mövzusundakı növbəti paneldə isə Rusiya EA  Tarixi İnstitutunun doktoru Salavat  İsxakov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, Mançester Universitetinin (Birləşmiş Krallıq) Yaxın Şərq Araşdırmaları Mərkəzindən Dr. Denis Volkov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri İradə Bağırova və Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxış etmişlər.




SAM-ın Aparıcı elmi işçisi Araz Qurbanovun moderatoru olduğu sonuncu – “Şərqdə ilk demokratik və dünyəvi dövlət: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ümumdünya əhəmiyyətli tarixi hadisə kimi” panelinin məruzəçiləri isə tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, Sakarya Universitetinin professoru Dr. Enis Şahin, DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi Cəlal Qasımov, AMEA Tarix İnstitutundan Dr. Nigar Gözəlova və Dr. İlqar Niftəliyev olmuşdur.



 

Tədbir SAM-ın direktoru Fərhad Məmmədovun yekun çıxışı və sual-cavab sessiyası ilə başa çatmışdır.

 

 



 

: 796