| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Pakistan Hərbi Dəniz Qüvvələri Akademiyasının nümayəndə heyəti SAM-ın qonağı olmuşdur

2017-03-15 11:54:47

Pakistan  İslam Respublikasi Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti və “46-cı Qərargah kursu” dinləyicilərinin 10-15 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasına Tədris gəzintisi həyata keçirilmişdir. Səfər zamanı nümayəndə heyəti ölkəmizin tarixi, mədəniyyəti, müdafiə, təhlükəsizlik, daxili və xarici, həmçinin iqtisadi siyasəti barədə geniş şəkildə məlumatlandırılmışdır. Nümayəndə heyətinin tərkibinə Birləşmiş Ərəb Əmirlikləri, ÇİN və Səudiyyə Ərəbistanından da təmsilçilər olmaqla, Pakistanın hərbi-dəniz donanmasının yüksək rütbəli zabitləri və zabitləri daxil idi.


Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən görüşdə mərkəzin direktor müavini Gülşən Paşayeva nümayəndə heyətini Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə  məlumatdırmış, həmçinin qonaqları SAM- ın fəaliyyəti ilə yaxından  tanış etmişdir. Görüş  SAM- ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyevin Azərbaycanın xarici siyasət prioritetlərinə həsr edilmiş  təqdimatı ilə davam etmişdir, Bununla yanaşı, SAM-ın elmi işçisi İlqar Qurbanov da Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan enerji təhlükəsizliyi siyasəti mövzusunda təqdimatla qonaqlar qarşısında çıxış etmişdir.


Çıxışlardan sonra mərkəzin əməkdaşları qonaqları maraqlandıran müxtəlif məsələlərlə bağlı suallara cavab vermişlər.  



 

: 737