| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Aparıcı elmi işçisi Araz Qurbanovun «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabının təqdimatı keçirilmişdir

2017-10-12 09:27:00

2017-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabının təqdimat mərasimi keçirilmişdir. 


SAM-ın Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» tələblərində, fövqəlgüclərin regiondakı geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən, və «erməni» kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən, «Kimliyə qayıdış» və «Qarabağa dönüş» planlarından bəhs olunur. 


Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açmışdır. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı, elmi rəyçilərindən tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif – Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunmuş, əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidlər barədə məlumat vermiş, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulamışlar.


Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri, Milli Məclis üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak etmişlər. 


Təqdimat mərasimində digər çıxışlar da səsləndirilmiş, iştirakçıların arzu və tövsiyələri dinlənilmişdir.

 



 

: 565