| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İran XİN Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndələri SAM-ın qonağı olmuşdur

2017-10-06 10:16:45

6 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) İran XİN Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (SBAM) direktoru Məhəmməd Kazım Səccadpurun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair dəyirmi masa keçirilmişdir.


SAM-ın direktoru Fərhad Məmmədov və SBAM-ın direktoru Məhəmməd Kazım Səccadpur tədbiri giriş sözü ilə açaraq dəyirmi masa iştirakçılarını İran İslam Respublikası və Azərbaycan arasında ikitərəfli əlaqələr, hər iki ölkə arasındakı münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə məlumatlandırmışdır. SBAM-nın Orta Asiya və Qafqaz araşdırmaları qrupunun rəhbəri Möhsün Pakpərvər, Mərkəzin baş elmi işçiləri Rəsul Musəvi və Möhsün Pakayin, SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev və Mərkəzin baş elmi işçisi Məsiağa Məhəmmədinin də iştirakı etdiyi tədbir regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi və müzakirələrlə davam etmişdir.

 

Qeyd edək ki, İran-Azərbaycan ikitərəfli münasibətləri ilə bağlı aktual məsələlərin müzakirə edildiyi qapalı dəyirmi masa millət vəkilləri, ekspert və elm  xadimlərinin iştirakı ilə həyata keçirilmişdir.

 




 

: 400