| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Bəhreyn Krallığı xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini SAM-ın qonağı olmuşdur

2018-04-09 12:01:25

9 aprel 2018-ci il tarixində Bəhreyn Krallığı xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə Azərbaycana iki günlük səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olmuşdur.

 

 

SAM-ın direktoru Fərhad Məmmədov qonaqları salamlayaraq, iki ölkə arasındakı müxtəlif sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın hazırkı durumu, eləcə də diplomatik münasibətlərin tarixi inkişaf dinamikasından bəhs etmiş və Bəhreyn Krallığının Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdiyi dəstəyi xüsusilə qiymətləndirmişdir.

 

 

Görüş zamanı şeyx Abdullah bin Əhməd Al Xəlifə Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin Qəyyumlar Şurasının (DERASAT) sədri qismində SAM-ın fəaliyyəti ilə yaxından tanış olmuş, Mərkəzin elmi fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.



 

: 372