| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın rüblük dövri nəşri “Strateji təhlil” jurnalının 2014-cü il üçün 2-ci sayı çapdan çıxmışdır

2014-06-06 13:20:23

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2-ci sayı işıq üzü görmüşdür.

Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir.


“Strateji təhlil” jurnalının 2(9)-ci sayının“Milli inkişafın strateji prioritetləri” adlı  bölməsində ümummilli lider Heydər Əliyevin sosial siyasət modeli, müasir dövrün səciyyəvi xüsusiyyətləri, xüsusən də müasir dövrdə elmin qlobal dünyada mahiyyəti, qloballaşma prosesləri kontekstində elmi infromasiyanın, eləcə də informasiya texnologiyalarının dəyişən, sürətli inkişafı, dünya elminin ümumi inkişaf tendensiyaları kontekstində Azərbaycan elminin vəziyyəti, mövcud problemləri, onların həlli və aradan qaldırılması yolları, elmimizin beynəlxalq elm məkanına uğurlu inteqrasiyası, ölkəmizin sosial-iqtisadi inkişafında onun yaxından iştirakı, həmçinin dini radikalizm meyilləri və onun qarşısının alınması yolları kimi mövzular ətraflı təhlil edilmişdir. Bu bölmədə:  AMEA-nın prezidenti, akademik, Yeni Azərbaycan Partiyası sədrinin müavini Akif Əlizadənin “Azərbaycan elmi qloballaşma kontekstində: problemlər və perspektivlər”, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,  professor, millət vəkili Gövhər Baxşəliyevanın “Dini radikalizm meyillərinin qarşısının alınması milli maraqlara xidmət edir”, Bakı Dövlət Universiteti Qafqaz tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının sosial siyasət modelinin banisidir”adlı məqalələri yer almışdır.


Jurnalın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi “erməni məsələsi” kontekstində” adlı ikinci bölməsində Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları, Azərbaycanın və Türkiyənin “erməni məsələsi” ilə bağlı beynəlxalq münasibətlər sistemində qarşılaşdıqları problemlər, erməni ideologiyasının mertəce siyasəti və daşnakların törətdikləri soyqırımlar s. bu kimiməsələlərnəzərdən keçirilmişdir. Bu bölmədə Rafail Əhmədovun “Mirzə Bala Məmmədzadə erməni ideologiyasının mürtəce mahiyyəti və  daşnakların  törətdikləri soyqırımlar haqqında” və Ziyad Əhmədovun “Cənubi Qafqaz və Osmanlı əraziləri oxşar problemin prizmasında: “erməni məsələsi”ndə Rusiya faktoru”adlı məqalələri öz əksini tapmışdır.


      “Milli iqtisadi və idarəetmə sistemlərinin aktual məsələləri” adlanan üçüncü bölmədə müəlliflər: Mətləb Mahmudov “Milli intellektual resursların üfüqi idarə edilməsinin metodoloji aspektləri” və Rasim Səfərov “Azərbaycanda milli internet iqtisadiyyatının inkişafı məsələləri” adlı məqalələrində müvafiq mövzuları araşdırmışlar. 


“Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı dördüncü  bölmədə Elnarə Qəribovanın “Avropa İttifaqında parlamentar siyasət: Aİ parlamentinin və siyasi partiyaların yenidən strukturlaşması”, Sona Məhərrəmovanın “Sosial-humanitar sahədə Azərbaycan-Almaniya əlaqələri” və Tomris Vəliyevanın “Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının inkişaf dinamikası” adlı məqalələri əksini tapmışdır.


      “Müasir hüquqi və sosial  dövlət quruculuğu” adlı bölmədə Gülşən Paşayevanın  “Qloballaşma şəraitində dil siyasətinin prioritetləri”, Boqdan Makarenkonun “Демократизация как стратегический ресурс и направление развития Украинского общества”, Marina Prepotenskayanın  “Экзистенция мегаполиса: “свои и чужие””,  Aqşin Məmmədovun “Avropa İttifaqı və Azərbaycan hüququnda “milli və dini azlıqlar” problemi” və Elnur Hacalıyevin “Siyasi demokratiyanın mahiyyəti və xüsusiyyətləri”  adlı məqalələrində qeyd olunan mövzular ətraflı araşdırılmışdır.   


Jurnalın “Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar”adlı bölməsində Röfət Quliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin gömrük-vergi siyasətində milli maraqların müdafiəsi (neft ixracı kontekstində)”, Eldar Əmirovun “Açıq cəmiyyət fəlsəfəsi və siyasi reallıqlar: təzad, yoxsa qanunauyğunluq?” və Vüsalə Musayevanın “Müasir dövrdə Azərbaycanda fəlsəfi-tarixi tədqiqatlar” adlı məqalələrinə yer verilmişdir.


            Qeyd edək ki, artıq “Strateji təhlil” jurnalında müəlliflərin rus dilində yazdıqları məqalələrinin də çap olunmasına imkan yaradılmışdır.

 

 



 

: 937