| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçiriləcəkdir

2017-11-01 08:24:35

4 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçiriləcəkdir.


Sərginin əsas məqsədi oxucuları SAM-ın geridə qoyduğu on hesabat ili ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə, eyni zamanda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yerli və xarici ekspertlər tərəfindən yazılan nəşrlərlə yaxından tanış etməkdən ibarətdir.


Sərgidə müxtəlif dillərdə nəşr edilən çap məhsulları ilə yanaşı, SAM-ın beynəlxalq və yerli  jurnalları, eləcə də xüsusi nəşrlərinin nümayişi də nəzərdə tutulumuşdur.


Qeyd edək ki, sərginin sonunda SAM-ın nəşrlərinin bir qismi oxuculara hədiyyə ediləcəkdir.



Tarix: 4 noyabr 2017-ci il  saat: 11:00 - 13:00

Ünvan: M. İbrahimov, 8 (4-cü mərtəbə)

 




 

: 797