| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın aparıcı elmi işçisi Türkiyədə məruzə ilə çıxış edəcək

2018-02-19 06:54:25

2018-ci il mart ayının 3-də Ankaradakı Türk Hüquq Qurumunun salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanov «Nə üçün həmşinlilər? Ermənistanın sözdə «erməni məsələsi» siyasətində həmşinlilər üzərində oyunlar» mövzusunda çıxış edəcəkdir. Türkiyədəki Çamlıhəmşin Təhsil və Mədəniyyət Dərnəyinin (ÇAMDER) və Çamlıhəmşin Vəqfinin (ÇAHEV) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin Şərqi Anadolu və Qara dəniz bölgəsinin alim və ziyalıları iştirak edəcəklər.


Səfər müddətində A.Qurbanov özlərini etnik türk kimi identifikasiya edən həmşinlilərin sıx yaşadığı Rizə, Hopa, Artvin, Çamlıhəmşin, Ardahan, Van və s. bölgələrdə ekspedisiyada da olacaq, tarixi-etnoqrafik materiallar toplayacaqdır. 

      
Qeyd edək ki, A.Qurbanovun ötən ilin sonlarında çapdan çıxmış «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabında qaldırılan etnosiyasi məsələlər, eləcə də Ermənistanın «müsəlman ermənilər» və  məqsədli şəkildə «etnik erməni» kimi təqdim etdikləri həmşinlilər amilindən istifadə etməklə Azərbaycana və Türkiyəyə qarşı fəaliyyətlərinin ifşası Türkiyədə də maraqla qarşılanmışdır.



 

: 543