| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın aparıcı elmi işçisi Araz Qurbanovun - «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabının təqdimat mərasimi keçiriləcəkdir

2017-10-10 06:41:19


12 oktyabr 2017-ci il saat 11.00 –da, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabının təqdimat mərasimi keçiriləcəkdir.
SAM-ın Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən, və «erməni» kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələrinin, millət vəkilləri, ekspert və elm xadimlərinin, eyni zamanda, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı gözlənilir.

Ünvan: M. İbrahimov küçəsi 8 (4-cü mərtəbə)
Tel: (+994 12) 596 82 41 
E-mail: info@sam.gov.az



 

: 76