| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın aparıcı elmi işçisi Harvard Universitetində “Azərbaycan qazının yeni geosiyasi mühitdə yeni regional imkanları” mövzusunda məruzə edəcək

2016-04-20 10:48:16

21 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva Harvard Universitetinin Kennedi məktəbinin Mossavar-Rahmani Mərkəzində “Azərbaycan qazının yeni geosiyasi mühitdə yeni regional imkanları” mövzusunda məruzə oxumaq üçün Boston şəhərinə  səfər edəcək.


Gülmira Rzayeva 27 aprel 2016-ci il tarixində nüfuzlu beyin mərkəzi “The Jamestown Foundation” tərəfindən təşkil olunacaq “Qara Dəniz və Cənubi Qafqazda enerji və geosiyasət - hazırki vəziyyət” adlı konfransda “Azərbaycanın qaz hasilatı və ixrac potensialı” mövzusunda məruzə ilə çıxış edəcək.


Daha sonra G.Rzayeva ABŞ-ın nüfuzlu beyin mərkəzi “Atlantic Council” tərəfindən təşkil olunacaq “ABŞ maye qaz ixracatı və Avropanın enerji təhlükəsizliyi” adlı konfransda “Enerji infrastrukturu və təchizatın diversifikasiyasında mövcud çağırışlar” mövzusu ilə çıxış edəcək. 



 

: 93