| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın dəstəyi ilə “Azərbaycan 1941 - 1945: "Aleksandr Nevski" ordenli cəngavərlərimiz" adlı kitab dərc edilmişdir

2015-05-05 09:27:23

Müəlliflərinin ölkəmizdə və xaricdə tanınan Böyük Vətən müharibəsi tarixinin tədqiqatçısı Azad Hüseynovun və müstəqil ekspert Heydər Mirzənin olduğu “Azərbaycan 1941 - 1945: "Aleksandr Nevski" ordenli cəngavərlərimiz" adlı kitab Azərbaycan oğullarının 1941 - 1945-ci illərdə Böyük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolu və göstərdikləri qəhrəmanlıqları gözəl şəkildə oxucuların diqqətinə çatdırmışdır.  

 

Kitabın müəllifləri 92 zabitin tərcümeyi-halının toplanmasına 2 ildən çox vaxt sərf etmişdir. Kitab azərbaycan və rus dillərində nəşr olunmuşdur.

 

Xatırladaq ki, müəlliflərin bundan öncə dərc edilən birinci “Azərbaycan 1941 - 1945: Şöhrət ordeni kavalerləri" kitabında 15 nəfər tam Şöhrət ordeni kavaleri və 180 nəfər sadə Şöhrət ordeni kavaleri barədə bioqrafik məlumat toplanmışdır.

 

“Azərbaycan 1941 - 1945: "Aleksandr Nevski" ordenli cəngavərlərimiz" adlı kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə işıq üzü görüb. 



 

: 701