| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru III Moskva Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edəcək

2014-05-22 09:32:00

SAM-ın direktoru III Moskva Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edəcək

 

23-24 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşkil etdiyi III Moskva Beynəlxalq Təhlükəsizlik konfransında çıxış etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəkdir.


Plenar iclas, “Yaxın Şərq və Şimali Afrikada sabitləşdirilmə yollarını tapmaq” və “Əfqanıstan və regional təhlükəsizlik” adlı panellərdən ibarət olacaq konfransda SAM-ın direktoru Fərhad Məmmədovun Əfqanıstan mövzusu ətrafında çıxış etməyi planlaşdırılmışdır. Qeyd olunan konfransda 10-a yaxın ölkələrin Müdafiə nazirlərinin, 25  ölkənin 50-ə yaxın beyin mərkəzlərinin və MDB ölkələrinin hərbi idarələrinin rəhbərlərinin, Avropa, Asiya və Yaxın Şərq ölkələrinin, ABŞ, Kanadanın rəsmi nümayəndələrinin, BMT, NATO və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru cənab Fərhad Məmmədov daxildir.



 

: 639