| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru İstanbulda səfərdədir

2015-12-21 10:13:04

21-22 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Türk dövlətləri arasında və Avrasiyada regional əməkdaşlığın inkişaf etdirilməsində imkanlar və çağırışlar” mövzusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Rəsmi Beyin Mərkəzlərinin görüşündə iştirak və çıxış etmək üçün İstanbul şəhərinə səfər etmişdir.

 

Tədbir Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuşdur.    

 

 

Görüşdə “Türkdilli dövlətlər arasında siyasi, sosial, iqtisadi istiqamətlərdə regional əməkdaşlığın inkişaf potensialı”, “Avrasiya regionunda iqtisadi və siyasi inkişaf və onun türkdilli dövlətlərin regional əməkdaşlığına təsiri”, “Türkdilli dövlətlər arasında və regionlarda əməkdaşlığa dair ümumi planın inkişafı (2016-2020)” və s. kimi mövzularda müzakirələr planlaşdırılır. 

 



 

: 2596