| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru Soçi şəhərinə səfər edəcək

2016-10-21 13:07:10

24-27 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Валдай” Beynəlxalq Müzakirə Klubunun İnkişaf və Dəstək Fondu tərəfindən keçiriləcək “Gələcək bu gün başlayır: sabahkı dünyanın hüdudları” mövzusunda olan konfransda iştirak etmək üçün Soçi şəhərinə (Rusiya Federasiyası) səfər edəcək.


Konfransda Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və digər dövlət qurumlarının rəhbərləri iştirak edəcək.


Qeyd edək ki, “Валдай” Beynəlxalq Müzakirə Klubu 2004-cü ildə təsis olunmuşdur. Fəaliyyətdə olduğu müddət ərzində rusiyalı alimlərin, siyasətçilərin və dövlət nümayəndələrinin nüfuzlu dünya ekspertləri ilə müzakirələr meydanına çevrilmişdir.

  



 

: 40