| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti “Afrika və beynəlxalq terrorizmlə müharibə” mövzusunda keçirilən forumda çıxış etmişdir

2016-02-15 09:15:39

12-13 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçi eksperti Kamal Qasımov Mərakeş Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş “VII Mərakeş beynəlxalq təhlükəsizlik forumu”nda iştirak və çıxış etmək üçün Mərakeşə səfər etmişdir.

 

“Afrika və beynəlxalq terrorizmlə müharibə” mövzusunda keçirilən forumda Afrikada və Yaxın Şərqdə təhlükəsizlik problemləri, terrorist təşkilatların yaranma səbəbləri, ideologiyası, təbliğat metodları, maliyyə mənbələri, həmçinin bu təşkilatlarla mübarizə formaları müzakirə olunmuşdur.

 

SAM-ın eksperti K.Qasımov “İŞİD-ın bazisi, ictimai kökləri və yaranma mənbəsi” mövzulu paneldə “Möhkəm və yumşaq güc arasında: “İslam dövləti” təşkilatının cəzbetmə imkanları” mövzusunda çıxış etmişdir.  

 

Forumda bir sıra Afrika ölkələri, Mərakeş, Tunis, Misir, Fransa, İtaliya, Almaniya, Portuqaliya, ABŞ və s. ölkələrdən olan hərbçilər, səfirlər və ekspertlər iştirak etmiş, bölgədəki proseslər, regional təhlükəsizliyə terrorçu təşkilatların təsiri təhlil və müzakirə edilmişdir.   



 

: 939