| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti “Dağlıq Qarabağ münaqişəsi və Avropa İttifaqının rolu” mövzulu konfransda iştirak etmək üçün Brüsselə səfər edəcək

2013-06-14 08:13:02

17 iyun 2013-cü il tarixində SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev Brüsseldə Avropa Siyasət Mərkəzi (EPC) tərəfindən təşkil ediləcək "Dağlıq Qarabağ münaqişəsi və Avropa İttifaqının rolu” mövzulu konfransda məruzə ilə çıxış edəcək. 

Tədbirin məqsədi azərbaycanlı və erməni ekspertlərin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsində rolunu təmsil etdikləri ölkələrin maraqlarından çıxış edərək fikir bildirmələridir. 

Qeyd edək ki, Ermənistanı tədbirdə Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qriqosyan təmsil edəcək. Tədbirdən öncə hər iki məruzəçinin hazırladığı məqalələr nəşr olunacaq və tədbirdə müzakirələr bu elmi məqalələr əsasında aparılacaq.

Məlumat üçün bildirək ki, tədbirdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort, ATƏT-in Minsk Qrupunun keçmiş Fransalı həmsədri Bernar Fasie, İrlandiyanın ATƏT-dəki daimi nümayəndəsi Eoin Oleri müzakirəçi qismində çıxış edəcək.


 

: 360