| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti G20-nin beyin mərkəzlərinin konfransında məruzə edəcək

2015-06-11 14:43:39

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr.Vüsal Qasımlı 13-15 iyun tarixlərində Türkiyədə keçiriləcək "Böyük 20-lərin" beyin mərkəzlərininin konfransında çıxış edəcək.

 

Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) və Çinin Çonqyanq Maliyyə Araşdırmaları İnstitutunun (RCDY) birgə təşkilatçılığı ilə keçirilən konfrans İzmir və Bodrumda baş tutacaq.

 

Tədbirdə qlobal  ticarət, investisiya, iqtisadi inkişaf, maliyyə sabitliyi, innovasiya, internet idarəetməsi və infrastruktur məsələləri müzakirə olunacaq. Vüsal Qasımlı dünyada monetar və fiskal siyasətlərin koordinasiyası, habelə infrastrukturun inkişafı məsələlərinə dair məruzə edəcək.   

 

Konfransda Vüsal Qasımlının da daxil olduğu Qlobal Siyasət üzrə Dialoq Platforması təqdim olunacaq. Bu platformada G20-ni təmsil edən aparıcı dünya alimləri qlobal məsələləri virtual müstəvidə və on-line müzakirə edəcəklər.

 



 

: 1306