| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Londonda maliyyə və bankçılıq bazarlarına həsr edilmiş tədbirdə iştirak edəcək

2013-09-05 01:03:09

5 – 6 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təşkil edilmiş "İnkişaf Etməkdə olan Bazarları Anlama: Müşahidə etmək, araşdırmaq, yoxsa təcrübədən keçirmək?” ("Understanding Banks in Emerging Markets: Observing, Asking, or Experimenting”) mövzusuna həsr edilmiş bankçılıq konfransında iştirak etmək üçün Londona (Böyük Britaniya) səfər etmişdir. 

Tədbirdə "Coğrafi və ierarxik distansiyaların bankçılıqda rolu" (The role of geographical and hierarchical distance in banking),”Bank sahibliyi və kiçik biznes maliyyəsi” (Bank ownership and small business finance), "Borcvermə texnologiyalarının bank-müştəri məlumat asimmetriyasına təsiri” (The impact of lending technologies on bank-borrower information asymmetries), "Bankçılıq, iş yerləri açma və çoxtərəfli/hərtırıfli maliyyə” (Banking, job creation, and financial inclusion), "Korporativ idarəetmə və bank səmərəliliyi və davamlılığı” (Corporate governance and bank efficiency and stability), "Daxili capital bazarları, xarici valyuta/forex borcverməsi, və maliyyə stabilliyi" (Internal capital markets, FX lending, and financial stability), "Davranış maliyyəsi və bankçılıq" (Behavioral finance and the banking firm) və s. kimi mövzuların müzakirəsi planlaşdırılır.
 
Tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək vəzifəli məmurları, digər beynəlxalq maliyyə institutlarının təmsilçiləri, Amerika, Kanada, Böyük Britaniya və Avropanın bir sıra universitetlərinin (Oxford, Cambridge, MİT, Harvard, Yale, LSE, Tilburg, Sorbonne, Duke, DePaul, Pennsylvania, Princeton, Cass Business Schoool, UCL, Michigan State University, Zurich, İndiana) professorları, Avropa və Asiya ölkələrinin mərkəzi və özəl banklarının məmurları da iştirak edəcək. 
  
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankından başqa İqtisadi Siyasət Tədqiqatı Mərkəzi (Center for Economic Policy Research), Tilburg Universiteti tərkibində Avropa Bankçılıq Mərkəzi (European Banking Center at Tilburg University), Review of Finance jurnalı da tədbirin təşkilatçılarıdır.  


 

: 418