| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Manilada (Filippin) qlobal inkişafa həsr edilmiş tədbirdə çıxış edəcək

2013-06-14 08:36:26

18 – 22 iyun 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov Filippin Respublikasının paytaxtı Manila şəhərində Qlobal İnkişaf Şəbəkəsinin (Global Development Network) 14-cü illik toplantısında "Sosial inkişaf və hərtərəfli artım" (Social Development and Inclusive Growth) adlı tədbirdə çıxış edəcək. 

Çıxış mövzuları "Ərəb ölkələrində imkan və nəticə bərabərsizliyi" (İnequality of opportunity and outcomes in Arab countries) və "Keçmiş Kommunist ölkələrində kasibçılıq və pay bölgüsü" (Poverty and redistribution in post-Communist countries) olacaq. 

Tədbirdə "Cənubi Asiyada sürətli inkişafı təmin etmək” (Sustaining rapid growth in South Asia), "Bərabərsizlik: Mahiyyət və ölçü məsələləri” (Inequality: Conceptual and measurement issues), "Dövlət infrastrukturuna investisiya: Effektiv hərtərəfli artım strategiyası” (İnvesting in public infrastructure: An effective inclusive growth strategy), "Inkişaf etməkdə olan ölkələrdə rəsmi və qeyri-rəsmi sığorta” (Formal and informal insurance in developing countries), "Qərbi Asiyada hərtərəfli artıma təkan: Cəmiyyətdə müxtəlif sektorların rolu” (Fostering inclusive growth in East Asia: The role of various sectors in society), "Afrikada qeyri-hökumət social müdafiəsi" (Non-State social protection in Africa), "Latın Amerikasında bərabərsizliklər: Gender, etniklik və əmək bazarının rolu" (İnequalities in Latin America: The role of gender, ethnicity and labor markets) və s. kimi mövzuların müzakirəsi planlaşdırılır. 

Qeyd edək ki, tədbirdə Filippin Respublikasının Prezidenti Benigno Simeon Aquino III, Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao və digər yüksək vəzifəli məmurları, Afrika İnkişaf Bankının departament direktorları, İnter-Amerikan İnkişaf Bankının vitse presidenti Santiago Levy, Dünya Bankının yüksək vəzifəli məmurları, müxtəlif ölkələrin Filippin Respublikasındakı səfirləri, Qlobal İnkişaf Şəbəkəsinin prezidenti Pyer Jacquet, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının bir sıra universitetlərinin (Oxford, Cambridge, MİT, Harvard) professorları, Argentina və Braziliyanın dövlət məmurları da çıxış edəcək.
 


 

: 390