| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Moskvada səfərdə olmuşdur

2014-04-27 16:18:44

24-26 aprel 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Nəcibə Mustafayeva Qlobal Universitet Sammitində çıxış və iştirak etmək üçün Moskva şəhərinə səfər etmişdir.   


Qlobal Universitet Sammiti Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi, Lomonosov adına MDU, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu(MDBMİ) və Dünya Ticarət Mərkəzi tərəfindən təşkil edilmişdir.  


Tədbirin qonaqları Xarici İşlər Naziri S. Lavrov, Təhsil və Elm Naziri D. Livanov, MDBMİ-nin rektoru  A. Torkunov, Lomonosov adına MDU-nun rektoru V. Sadovnichiy xarici ekspertlər və nüfuzlu elm adamları olmuşlar.  


Təşkilatçılığını Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının (MDBMİ) etdiyi "Postkrizis dünyası: regionalizm və global idarəetmə” mövzusunda konfransda SAM-ın məsləhətçi eksperti N.Mustafayeva "BMT-nin Təhlükəsizlik Şurası: “relikviya” və ya ikili standartlar siyasəti" mövzusunda çıxış etmişdir.  

 



 

: 600