| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti NATO, Avropa Birliyi və Şanxay Təhlükəsizlik Təşkilatı ölkələrinin beyin mərkəzlərinin görüşündə iştirak edəcək

2013-09-23 08:03:37

24-25 sentyabr 2013-cü il tarixlərində  SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə NATO, Avropa Birliyi və Şanxay Təhlükəsizlik Təşkilatı ölkələrinin beyin mərkəzlərinin görüşündə iştirak etmək üçün Buxarestə səfər edəcək.  

Görüşdə 30-dan çox ölkəni təmsil edən beynəlxalq münasibətlər və təhlükəsizlik sahələrinin ekspertlərinin, o cümlədən Rumıniyanın ali dövlət orqanlarının təmsilçilərinin  iştirakı da planlaşdırılır.  

Tədbirdə qlobal və regional təhlükəsizlik, regional sabitliyin təminatında beynəlxalq təşkilatların rolu, müxtəlif ölkələrdə milli təhlükəsizlik konsepsiyalarında yeni fikirlər, Yaxın Şərq, Cənubi Qafqaz və Əfqanıstanda hazırkı vəziyyət və s. mövzuların müzakirəsi nəzərdə tutulub.   





 

: 472