| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti İstanbulda Turkiyə və Ərəb aləmi əlaqələrinə həsr edilmiş tədbirdə çıxış edəcək

2013-04-30 14:47:12

2 – 4 may 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov Turkiyə və Ərəb aləmi əlaqələrinə həsr edilmiş "Dövlət, Cəmiyyət və Ədalət" mövzusundakı tədbirdə çıxış etmək üçün İstanbula səfər edəcək. 
 
Tədbirdə "Beynəlxalq əlaqələrdə ədalət”, "Körfəz ölkələrində islahatlar”, "Türkiyə-Ərəb iqtisadi əlaqələri”, "Misirdə iqtisadi inkişaf məsələsi”, "Türkiyə və Mərakeş arasında iqtisadi əlaqələr”, "Yeni dövrdə Suriyanın yenidən inşası", "Beynəlxalq iqtisadi təşkilatların rolu", "Misirdə alternativ media və sosial hərəkətlər", "Ərəb dünyasında vətəndaş cəmiyyəti", "Ərəb baharı və Qloballaşma", "İslam və sivil cəmiyyət" və s. kimi mövzuların müzakirəsi planlaşdırılır. Mahir Hümbətov "İslamda iqtisadi və sosial ədalət" və "Türkiyə və Ərəb aləmi əlaqələrinə Qafqaz və Mərkəzi Asiyadan baxış" mövzularında çıxışı nəzərdə tutulub.  

Qeyd edək ki, tədbirdə Türkiyənin baş nazirinin müavini Beşir Atalay, Fələstinin gənclər, idman və mədəniyyət naziri Mohammed Əl Madhoun, Ərəb Dövlətləri Liqasının Türkiyə ofisinin təhbəri Mohammed Fatah Naciri, Misir prezidentinin köməkçisi Pakinam Şarqavi, İstanbul Universitetinin rektoru Yunus Söylet kimi Türkiyə və bir çox ərəb ölkəsinin nümayəndələri də çıxış edəcəkdir.



 

: 394