| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Vyanada səfərdədir

2013-09-23 07:17:42

23 – 27 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov "Birbaşa xarici investisiya siyasəti" (Foreign Direct İnvestment Policies) adlı təlimdə  çıxış etmək üçün Vyanaya səfər etmişdir. 

Səfər Beynəlxalq İqtisadi Tədqiqatlar üzrə Vyana İnstitutu (Vienna İnstitute for İnternational Economic Studies) və Müştərək Vyana İnstitutunun (Joint Vienna İnstitute) dəvəti ilə baş tutmuşdur. 

Tədbirdə "Birbaşa Xarici İnvestisiyalarda ödəmə balansı” (Balance of payments concept in FDİ), "Keçid dövrü ölkələrində Birbaşa Xarici İnvestisiyalar” (FDİ in transition countries), "Müxtəlif ölkələrdə Birbaşa Xarici İnvestisiyalar siyasəti” (FDİ policy cases in different countries), "Monetar siyasətin gələcəyi" (Future of monetary policy), "Avstriyada investisiyaların təşviqi" (İnvestment promotion in Austria) və s. kimi mövzuların müzakirəsi planlaşdırılır. 





 

: 452