| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti “XXI əsrdə Beynəlxalq münasibətlərin transformasiyası: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxış etmişdir

2016-05-03 16:52:42

26 Aprel 2016-ci il Azərbaycan Respublikasının Prezidenti yanında  SAM-ın eksperti Nəcibə Mustafayeva Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən təşkil edilmiş “XXI əsrdə Beynəlxalq münasibətlərin transformasiyası: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Moskva şəhərinə səfər etmişdir. 


SAM-ın eksperti Nəcibə Mustafayeva beynəlxalq sülh və təhlükəsizliyə yeni təhdidlərin, o cümlədən terrorizm, miqrasiya böhranı, həll olunmamış beynəlxalq münaqişələrin təsiri mövzusunda məruzə etmişdir.  


Ekspert çıxışında minilliyin yeni çağırışlarına və təhlükələrinə cavab verilməsi məqsədi ilə dünya dövlətlərin BMT platforması çərçivəsində birgə səylərin birləşdirilməsinin vacibliyini, həmin qurumda dünyada baş verən neqativ trendlərin qarşısının alınması və mövcud problemlərin effektiv həlli üçün islahatların aparılmasının vacibliyini xüsusilə vurğulamışdır. 



 

: 204