| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın ekspertlərinin beynəlxalq konfranslarda növbəti çıxışları gözlənilir

2013-11-22 06:03:26

22-23 noyabr 2013-cü il tarixlərində SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçi Zaur Şiriyev Latviya Beynəlxalq Münasibətlər İnstitutunun  təşkilatçılığı ilə "Latviya Avrasiyanın Ticarət və Transport Koridorunda rolu” mövzusunda olan beynəlxalq konfransda iştirak etmək üçün Riqa şəhərinə səfər edəcək. Tədbirdə Zaur Şiriyev "Cənubi Qafqaz ölkələrinin NATO-nun Şimal Paylaşdırma Şəbəkəsində oynadığı rol” və "2014-cü il sonrasındakı mümkün fəaliyyət istiqamətləri” mövzularında çıxışlar edəcək. Eləcə də, Zaur Şiriyevin müəllifi olduğu "Cənubi Qafqaz və NATO: Şimal Paylaşdırma Şəbəkəsinin təsiri” başlıqlı yazısının daxil olduğu "Şimal Paylaşdırma Şəbəkəsi: NATO daxilində və xaricində əməkdaşlığın yenidən müəyyənləşdirilməsi” kitabının təqdimatı keçiriləcək. Kitab 25 noyabr tarixindən etibarən Latviya Beynəlxalq Münasibətlər İnstitutunun internet səhifəsində təqdim olunacaq (www.liia.lv). Daha sonra, Z.Şiriyev Latviyanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyində görüşlərdə iştirak edəcək.

25 noyabr 2013-cü il tarixində SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı və həmin şöbənin aparıcı elmi işçisi Gülmira Rzayeva Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransda çıxış etmək üçün Vyana (Avstriya) şəhərinə səfər edəcək. Vüsal Qasımlının "Azərbaycan: "Yüksələn iqtisadi gücu” və Gülmira Rzayevanın "Cənub Qaz Dəhlizi: Növbəti mərhələ” mövzularında çıxışları planlaşdırılır.

25 noyabr 2013-cü il tarixində SAM-ın İqtisadiyyatın təhlili və globallaşma məsələləri şöbəsinin elmi işçisi Mahir Hümbətov isə Vyanada Müştərək Vyana Institutunun təşkil etdiyi "Dövlət Özəl Ortaqlığı” seminarında "Azərbaycanda Dövlət – Özəl əməkdaşlığının perspektivləri” mövzusunda çıxış edəcək.

25-27 noyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Ariz Hüseynov Mərmərə Universitetində təşkil olunacaq "4-cü Mavi Qara Dəniz Beynəlxalq Konqresi - Siyasət, İqtisadiyyat və Cəmiyyət: Konfliktlər, əməkdaşlıq və demokratikləşməyə dair yerli və beynəlxalq perspektivlər” mövzusunda olan tədbirində çıxış etmək üçün İstanbul (Türkiyə) şəhərinə səfər edəcək. Konqresdə Ariz Hüseynovun "Nəqliyyat: Qara Dəniz regionunun Rəqabətcil Üstünlüyü" mövzusunda çıxışı nəzərdə tutulur.

26 noyabr – 2 dekabr 2013 –cü il tarixlərində SAM-ın məsləhətçi eksperti Nəcibə Mustafayeva M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, O. E. Kutafin adına Moskva Dövlət Hüquq Universiteti”, Rusiya Hüquq Elmləri Akademiyası və Rusiya Hüquqşünaslar Assosiasiyasının Moskva üzrə region bölməsi  "Üçüncü Moskva Hüquq həftəsi” çərçivəsində keçiriləcək "Kutafin mütaliəsi” mövzusunda olan V Beynəlxalq elmi-praktiki konfransda iştirak və çıxış etmək üçün Moskva şəhərinə səfər edəcək. N.Mustafayeva "İnsan hüquqlarının beynəlxalq müdafiə mexanizmləri və Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edəcək.


 

: 467