| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi Tiflisdə “Qafqaz imperiya alatoranlığında: millətçilik, etnoslar və milli quruculuq” mövzusunda beynəlxalq konfransda iştirak edəcək

2013-06-04 09:57:43

05-09 iyun 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Milli Elmlər Akademiyasının Tarix İnstitunun (AMEA) ekspertlərindən ibarət nümayəndə heyəti Tiflis (Gürcüstan) şəhərində keçiriləcək "Qafqaz imperiya alatoranlığında: millətçilik, etnoslar və milli quruculuq” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Heydər Mirzə  "Azərbaycanda sələfi təhlükəsi: həqiqət yoxsa mif?” mövzusunda çıxış etmək üçün Tiflisə səfər edəcək. 

Tədbirdə həmçinin İradə Bağırovanın (AMEA) "Sosial dəyişikliklər və XX əsrin əvvəllərində azərbaycanlıların  milli identikliyinin formalaşmasında siyasi təşkilatların rolu” mövzusunda, Nigar Maksvelin  (AMEA) "1918-1920-ci illərdə Azərbaycan müstəqilliyinə Türkiyənin təsiri” mövzusunda, Nigar Gözəlovanın (AMEA) ”XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin fəaliyyəti və onların qadınların təhsil və maariflənməsinə baxışları” mövzusunda, Sevinc Əliyevanın (AMEA): "Dağlı Respublikası və Azərbaycan Demokratik Respublikası: vahid dövlət yaratmaq layihələri” mövzusunda, Şamil Rəhmanzadə (AMEA) "1918-ci ildə Zaqatala dairə şurasının etno-siyasi identikliyin axtarılması ilə bağlı qərarı” mövzusunda, İlqar Niftəliyev (AMEA) "Qarabağ münaqişəsinin mərhələləri: qaynar fazadan soyuq fazaya” mövzusunda çıxışları planlaşdırılır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), "Qarabağ” Fondu (ABŞ) və Yuta (Utah) Universitetinin (ABŞ) birgə səyləri sayəsində təşkil olunacaq konfransda Cənubi Qafqaz, MDB dövlətləri, Amerika, Avropa, Yaxın Şərqdən 70-dən çox alim və ekspertin iştirakı nəzərdə tutulur.  


 

: 414