| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşı “2014-cü il sonrası Əfqanıstan” başlıqlı beynəlxalq konfransda məruzə ilə çıxış etmək üçün Ankara şəhərinə (Türkiyə) səfər edəcək

2013-07-17 01:34:19

18-19 iyul tarixlərində  Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Zaur Şiriyev Orta Doğu Texniki Universitetinin NATO-nun Sülh və Təhlükəsizlik Elmi Proqramının dəstəyi ilə keçirəcəyi "2014-cü il sonrası Əfqanıstan” başlıqlı beynəlxalq konfransda məruzə ilə çıxış etmək üçün Ankara şəhərinə (Türkiyə) səfər edəcək.   

Konfransda  Əfqanıstandan NATO qoşunlarının çıxarılması,  Əfqanıstanın daxili və xarici siyasətinin müxtəlif aspektləri, qonşu ölkələrin Əfqanıstanda sabitliyin bərqərar olmasındakı rolu və digər məsələlər müzakirə olunacaq. 

Tədbirdə Zaur Şiriyev "Cənubi Qafqaz ölkələrinin post 2014 Əfqanıstan strategiyası” mövzusunda məruzə ilə çıxış edəcək. 







 

: 395