| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşları Albaniyada səfərdə olmuşlar

2014-04-04 03:34:30

3 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin aparıcı elmi işçisi Heydər Mirzə Albaniyada səfərdə olmuşlar.   

SAM-ın əməkdaşları Albaniyanın Beynəlxalq Tədqiqatlar üzrə İnstitutunda (AIIS) təşkil olunmuş dəyirmi masada "Azərbaycan Xarici Siyasətinin Prioritetləri", "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi" və "Azərbaycan-Albaniya Əməkdaşlığının Perspektivləri" mövzularını müzakirə etmişlər.

Tədbirdə Albaniyanın Beynəlxalq Tədqiqatlar üzrə İnstitutunun icraçı direktoru, Xarici İşlər Nazirinin müavini Alqi Puri, Enerji və Sənaye Nazirinin müavini İlir Beytya, xarici siyasət və beynəlxalq münasibətlər sahəsi üzrə mütəxəssislər, bir sıra alim və tədqiqatçı, Azərbaycan Respublikası, Rusiya Federasiyası və Türkiyənin Albaniyadakı səfirliklərindən də nümayəndələr iştirak etmişlər.      

Daha sonra SAM-ın əməkdaşları Albaniya Xarici İşlər Nazirliyində görüşdə olmuş, Tirana Universitetində "Azərbaycanın Xarici Siyasət prioritetləri" mövzusunda seminar və Azərbaycana həsr olunmuş kitabın təqdimatını keçirmişdir.   



 

: 1043