| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşları Rusiya Federasiyasında keçirilən Beynəlxalq Konqresdə məruzə ilə çıxış etmişdir

2017-10-02 09:59:55

25-29 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları - Daxili siyasətin təhlili şöbəsinin müdiri, professor Tahirə Allahyarova və Hüquq üzrə fəlsəfə doktoru, SAM-ın Xarici Siyasətin Təhlili şöbəsinin elmi işçisi Nəcibə Mustafayeva Rusiya Federasiyasının M.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) keçirilən “Qlobalistika-2017: Qlobal ekologiya və davamlı inkişaf”  mövzusundakı V Beynəlxalq Elmi konqresdə iştirak və çıxış etmişlər.


YUNESKO-nun himayəsi və M.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiyanın Xarici İşlər Nazirliyi yanında MDBMİ (MGİMO) və Dünya İqtisadiyyatı və Beynəlxalq münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə  hər iki ildən bir keçirilən konqresdə Y.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq münasibətlər İnstitutunun direktoru A. Dınkin, Rusiyanın Xarici İşlər Nazirliyi yanında MDBMİ-nin (MGİMO) rektoru A.Torkunov, 2007-ci ilin Nobel mükafatı laureatı Terri Kallaqan (Böyük Britaniya), ABŞ-ın Nüvə tədqiqatları İnstitutunun direktoru Piter Kuznik, Rusiya Federasiyası Prezidentinin  ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Serqey İvanov, ÜmumÇin Təbiətşünaslıq Cəmiyyətinin Baş katibi, professor Qao Yan Rusiya Federasiyasının Elm və Təhsil nazirinin müavini G.Trubnikov iştirak etmişlər.


SAM-ın əməkdaşları, Tahirə Allahyarova “Strateji dreyf:Qlobal idarəçilikdə böhrandan xaosa doğru” və Nəcibə Mustafayeva “Qlobal dünyada insan hüquqları” mövzusundakı məruzələrlə konqresin “Qlobal idarəetmə və təhlükəsizlik” sessiyasında çıxış etmişlər. YUNESKO-nun Sosial və Humanitar elmlər sahəsində “Araşdırma, Siyasət və Proqnozlaşdırma” bölməsinin rəhbəri Con Kroulinin məruzəçi olduğu tədbirdə isə T.Allahyarova müasir dünyada inkişaf üçün ən böyük maneənin lider şəxsiyyətlərin qıtlığı və zəif dövlətlər olmasını qeyd edərək, Azərbaycanın müasir inkişafında lider amilinin əhəmiyyətini faktlarla vurğulamışdır. Eyni zamanda, SAM-ın şöbə müdiri YUNESKO-nun “Sosial transformasiyaların idarə olunması” məktəbinin 4 elmi sahəsi üzrə ixtisas artırma ilə bağlı sertifikatla təltif edilmişdir.


Qeyd edək ki, SAM əməkdaşlarının məruzələrinin də nəşr edildiyi hesabat ayrıca kitab və elektron formatda çap edilmişdir.

 



 

: 16