| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın enerji eksperti "London Neft və Qaz Forumu - 2014"-də iştirak etmək üçün Londona səfər etmişdir

2014-10-10 15:12:20

10 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva "London Neft və Qaz Forumu - 2014"-də iştirak və çıxış etmək üçün Londona səfər etmişdir. 


Tədbiri  “Energy Stream CMG” MMC-nin (Almaniya) direktoru Antoni Livanios salamlama nitqi ilə açmışdır.


Tədbirdə "Avropanın qaz təminatının şaxələndirilməsi: “Cənub Dəhlizi”-nin ticari və geosiyasi dinamikası", "LNG, CNG, FLNG və Şərqi Aralıq dənizində kəşf edilmiş qaz ehtiyatları: ticari perspektivləri və geosiyasi çağırışlar", "Qeyri-ənənəvi neft və qaz təchizatı, qaz yataqlarının kəşfi və Xəzərin geosiyasəti: mövcud çağırışlar və gələcək perspektivlər" və "Təbii qaz imkanları və çağırışlar: Şərqi Aralıq dənizi və Xəzər dənizi" mövzuları müzakirə olunmuşdur.


Forumda Yunanıstanın Birləşmiş Krallıqdakı səfiri Konstantinos Bikas, ARDNŞ (SOCAR) vitse-prezidentin müavini Vitali Bəylərbəyov, “Turcas Petrol”, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Cənubi Kipr Parlamenti İqtisadi məsələlər komitəsinin sədri Nikolas Papadopulos, Enerji və Geosiyasət Mərkəzi (ABŞ) Ariel Kohen və s. iştirakçılar məruzələrlə çıxış etmişlər.  


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin enerji eksperti Gülmirə Rzayeva "Təbii qaz imkanları və çağırışlar: Şərqi Aralıq dənizi və Xəzər dənizi" mövzulu panelində çıxış etmişdir.  



 

: 489