| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın enerji eksperti Oksford Universitetində təqdimat edəcək

2013-10-17 06:25:50

17 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunda çıxış edəcək.      
 
Gülmira Rzayeva cari ilin iyul – avqust aylarında Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunda "Türkiyənin daxili qaz bazarı” mövzusunda apardığı tədqiqatın yekunlarını institutun sponsoru olan Avropanın 22 nəhəng enerji şirkətlərinin nümayəndələrinə təqdimatını keçirəcək.    

Tədqiqat işi oktyabr ayının sonunda institutun internet səhifəsində paylaşılacaq.
 




 

: 97