| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-IN ƏMƏKDAŞI QARA DƏNİZ REGİONUNUN PROBLEMLƏRİNİN MÜZAKİRƏSINƏ QATILACAQ

2011-03-27 05:35:00

31 Mart-3 aprel 2011-ci il tarixlərində Gürcüstanın Batumi şəhərində "Qara Dəniz Regionunun Gənc İslahatçıları” proqramı çərçivəsində "Qara Dəniz regionunda islahatın təmsilçiləri: Milli Gündəliklər və Beynəlxalq Yardım” adı altında beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini Qara Dəniz regionu və təhlükəsizlik məsələləri üzrə ekspert Zaur Şiriyev təmsil edəcək.

Qara Dəniz Gənc İslahatçılar Proqramı bu regionda reformist fəaliyyətlə seçilən və ruhlandırıcı islahat yönümlü gənc qərar qəbul edənlər, dövlət qulluqçuları və vətəndaş cəmiyyətində fəalları seçərək, reformist fikirləri dəstəkləyən elmi-intellektual səydir. Hər il Qara Dəniz regionu ölkələrindən seçilən təmsilçilər, proqram çərçivəsində tədbirlərə qatılaraq, regiondakı problemləri və perspektivləri müzakirə edir. Tədbirdə Qara Dəniz regionunun təhlükəsizlik məsələləri, demokratikləşmə, dövlət islahatları, mövcud iqtisadi durum və bu kimi məsələlər əsas müzakirə mövzuları olacaqdır. Proqram çərçivəsində ikinci tədbirin sentyabr ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.



 

: 131