| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Almaniyada səfərdədir

2014-05-07 07:56:04

5 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Almaniyaya səfər etmişdir.


Nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, şöbə müdiri Vüsal Qasımlı, aparıcı elmi işçi Gülmira Rzayeva, aparıcı elmi işçi Heydər Mirzə daxildir.


Səfərin ilk günü SAM-ın nümayəndə heyəti Berlin şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Tələbə Şəbəkəsi və "Berlin Xəzər Regionu Araşdırmalar Mərkəzi"-nin birgə təşkil etdiyi "Almaniyada Azərbaycan tədqiqatları" mövzusunda 2-ci konfransda iştirak etmişdir.


Tədbiri "Berlin Xəzər Regionu Araşdırmalar Mərkəzi"-nin koordinatoru Luts Mets,  Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri Rizvan Nəbiyev, SAM-ın direktoru Fərhad Məmmədov və "Azərbaycan Tələbə Şəbəkəsi"-nin icraçı rəhbəri Ibrahim Əhmədov salamlama nitqləri ilə açmışlar.    


Moderatorunun "Berlin Xəzər Regionu Araşdırmalar Mərkəzi"-nin koordinatoru Luts Metsin olduğu "Azərbaycan və Avropa" mövzulu birinci panelin məruzəçiləri  Ruslan Baxışov (Berlin Azad Universiteti) "Avropa Birliyi ilə münasibətlərin vasitəsi ilə Azərbaycanda hüquq aliliyinin inkişafı", SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan: İqtisadi siyasətin Avropa ölçüsü", SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva "Azərbaycan: İqtisadi siyasətin Avropa ölçüsü" və Yuri Ovseyenko (Konstants Universiteti/Sürix Universiteti) "Qara Dəniz regionunda yeni geosiyasi vəziyyətdən Azərbaycan necə yararlana bilər? Sovet Iqtisadiyyatında inteqrasiya üçün inkişaf strategiyasından bəzi təcrübələr (1953-1964)" mövzularında çıxışlar etmişlər.    


Moderatorunun SAM-ın direktoru Fərhad Məmmədovun olduğu "Beynəlxalq münasibətlər – keçmiş və gələcək" mövzulu ikinci panelin məruzəçiləri İbrahim Mirzəyev (Ayxştadt-İnqolştadt Katolik Universiteti) "1856-1935-ci illərdə Azərbaycan, Türkiyə və İranın modernizasiyasında regionlararası fikir mübadiləsinin rolu", Elnur Ismayılov (Münster Universiteti) "Cənubi Qafqaz və Mərkəzi Asiyada ABŞ və Rusiyanın xarici siyasət strategiyası", Asif Məsimov (Berlin Humboldt Universiteti) " Münaqişələrin həllində təşkilatların uğuru və hegemon dövlətlərin üzərində regional təşkilatların manipulyasiya" mövzularında çıxışlar etmişlər.


"Cəmiyyət və sosial-iqtisadi model" mövzulu 3-cü panelin moderatoru Azər Babayev (ATŞ) olmuşdur. Panelin məruzəçiləri SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə "Tolerantlıq və dünyəvilik: Azərbaycanın potensialı model kimi", Naibə Allahverdiyeva (Kassel Universiteti) "Azərbaycanda kiçik təsərrüfatlarda əməkdaşlığın rolu", Cavid Səfərov (Rostok Universiteti) "Azərbaycanın ənənəvi və alternativ enerji resursları" mövzularında çıxışlar etmişlər.    


Konfrans sual - cavab sessiyası ilə işini bitirmişdir. 


Səfərin ilk günü Almaniyanın Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə İnstitutunun (SWP) Şərqi Avropa və Avrasiya Departamentində görüşlə başa çatmışdır.


Səfərin ikinci günü, 6 may 2014-cü il tarixində SAM-ın direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Heydər Mirzə Xarici Əlaqələr üzrə Almaniya Şurasında görüşdə olmuşlar. Tərəflər "Təhlükəsizlik və münaqişələrin həlli" mövzusu ətrafında müzakirələr aparmışlar.  


Daha bir görüş "Enerji və Resurs Təhlükəsizliyi üzrə Avropa Mərkəzi"-ndə baş tutmuşdur. “Avropanın dəyişən qaz bazarı: Azərbaycan qazının mümkün bazarlama istiqamətləri" mövzusunda seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı və aparıcı elmi işçisi Gülmira Rzayeva məruzələrlə çıxış etmişlər.

  



 

: 1845