| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti “Azərbaycan həftəsi-2015” keçirmək üçün Türkiyəyə səfər edib

2015-11-17 08:44:44

17-19 noyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Türkiyənin Ankara-Eskişehir-Bolu şəhərlərində “Azərbaycan həftəsi” silsilə tədbirləri keçirmək üçün Türkiyəyə səfər etmişdir. SAM-ın direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkili Musa Qasımlı, Prezident Administrasiyası Xarici Əlaqələr Şöbəsinin əməkdaşı Elmar Hüseynov, “Qafqaz SAM”-ın direktoru Araz Aslanlı, SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev və Daxili siyasətin təhlili şöbəsinin elmi işçisi Elnarə Qəribova daxildir.

 

Tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi birlikdə təşkil edir.

 

17 noyabr 2015-ci il tarixində nümayəndə heyətinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində görüşü, daha sonra isə Xarici İşlər Nazirliyində dəyirmi masada iştirakı planlaşdırılır. 

 

XİN SAM (Türkiyə) direktoru Dr. Ali Resul Usul və SAM-ın direktoru Dr. Fərhad Məmmədovun moderatorunun olduğu dəyirmi masada Atılım Universitetinin Professoru Dr. Hasan Ali Karasar, ODTÜ Professoru Dr. Oktay Tanrısever, Xarici İqtisadi Əlaqələr İdarəsinin əməkdaşı (DEİK) Selcuk Akat, İstanbul Şəhər Universitetinin dosenti Dr. Vüqar İmanbəyli və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Türkiyə-Rusiya münasibətləri, Türkiyə-Azərbaycan münasibətlərində enerji məsələsi, iki ölkə arasında ticari və iqtisadi əlaqələr, Ukrayna-Rusiya krizisinin Post-Sovet ölkələrinə təsiri  və s. kimi mövzuların müzakirəsi nəzərdə tutulub.

 

18 noyabr 2015-ci il tarixində Eskişehir Anadolu Universitetində təşkil olunacaq konfransı Universitetin rektoru Professor Dr. Naci Gündoğan salamlama nitqi ilə açacaq. Daha sonra SAM-ın direktoru Dr. Fərhad Məmmədov, Prezident Administrasiyası Xarici Əlaqələr Şöbəsinin əməkdaşı Elmar Hüseynov, İqtisad Fakultəsi, Beynəlxalq Əlaqələr bölümünün professoru, Dr. Nejat Doğan, İstanbul Medipol Universitetinin Dosenti, Dr. Halil Kürşad məruzələrlə çıxış edəcək. Konfransdan sonra Eskişehir Valisi Güngör Azim TUNA ilə görüş planlaşdırılır.

 

Nümayəndə heyətinin digər üzvləri 18 noyabr 2015-ci il tarixində Bolu Abant İzzet Baysal Universitetində konfrans keçirəcək. Konfransda  SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Dr. Cavid Vəliyev, Azərbaycan Respublikasının millət vəkili Musa Qasımlı, Qafqaz SAM-ın direktoru Araz Aslanlı, Abant İzzet Baysal Universitetinin Professoru, Dr. Kamer Kasım, Dosenti, Dr. Yaşar Sarı məruzələrlə çıxış edəcək.

 

Səfərin son günü, 19 noyabr 2015-ci il tarixində Ankarada Ortadoğu Strateji Araşdırmalar Mərkəzi (ORSAM) direktoru Dr. Şaban Kardaşın “Orta doğu” mövzulu brifinqi ilə yekunlaşacaq. 



 

: 2329