| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Bankqoqa səfər edib

2015-12-14 15:33:29

14-16 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı və İqtisadiyyatın təhlili və globallaşma məsələləri şöbəsinin elmi işçisi Şahmar Hacıyev “Mərkəzi və Qərbi Asiyada əhatəli inkişaf üçün səmərəli işlər” mövzulu seminarda iştirak və çıxış etmək üçün Banqkok (Tayland) şəhərinə səfər etmişlər.   

 

Seminarda “Mərkəzi və Qərbi Asiyada əhatəli inkişaf üçün siyasət çərçivəsi”,  “Ölkə təqdimatları - Azərbaycan, Qazaxıstan, Özbəkistan”, “Mərkəzi və Qərbi Asiyada işlə təmin edilmə, təhsil və iş yerləri”, “Mərkəzi və Qərbi Asiyada iş yeri bazarı institutları, tənzimləmə çərçivələri, işlə təminedilmə strukturları və iş yerlərinə dair dəyirmi masa” və s. mövzularda müzakirələr planlaşdırılır.  

 

Vüsal Qasımlı “Azərbaycanda iqtisadi inkişaf və inklusivlik” mövzusunda çıxış edəcək.

 

 



 

: 783