| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Brüsselə səfər edəcək

2015-05-16 09:33:32

17-20 May 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Belçika Krallığına səfər edəcək.

 

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev daxildir.

 

Səfər çərçivəsində nümayəndə heyəti Eqmont Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda görüş keçirməklə yanaşı, Avropa Siyasət Mərkəzində təşkil ediləcək (EPC) "Cənubi Qafqaz - inteqrasiya və fraqmentləşmə arasında" adlı kitabın təqdimat mərasiminə qatılacaq.

 

EPC-nin baş elmi işçisi Amanda Polun moderatorluğu ilə keçiriləcək bu tədbirdə SAM-ın əməkdaşları Gülşən Paşayeva və Cavid Vəliyev, Tartu Universitetinin professoru Andrey Makarıçev və Birləşmiş Krallığın Link təşkilatının direktoru Denis Sammut məruzə edəcək.



 

: 134