| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti ÇXR-na səfər edəcək

2013-08-23 23:38:28

 
26 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov və Media xidmətinin rəhbəri Mehriban Həsənovadan ibarət nümayəndə heyəti "Azərbaycan – Çin əlaqələri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Pekin şəhərinə səfər edəcək.

SAM çin dilində  "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitab nəşr etmiş və "Azərbaycan – Çin əlaqələri” mövzusunda təşkil edəcəyi beynəlxalq konfransda kitabın təqdimat mərasimini keçirməyi planlaşdırır.

Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri baş tutmuşdur. Səfər zamanı mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə azərbaycanlı mütəxəssislər Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunda,  ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında olmuş,  strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və mütəxəssisləri ilə görüşmüş, Azərbaycan və Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, regional xarakterli məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmış, dərin tarixi köklərə malik əlaqələrin daha da möhkəmləndirilməsi üçün hər iki ölkənin imkanları müzakirə etmiş, SAM və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalamışlar. 


 

: 378