| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Küveytə səfər etmişdir

2014-11-24 09:31:04

23-24 noyabr 2014-cü il tarixlərində SAM-ın nümayəndə heyəti Küveyt Universitetinin Asiya Araşdırmalar Mərkəzi və SAM-ın birgə təşkilatçılığı ilə   "Azərbaycan və Küveyt əlaqələrində birgə məsələlər" mövzulu beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Küveytə səfər etmişdir.


SAM-ın nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktor müavini Gülşən Paşayeva, SAM-ın aparıcı elmi işçisi Kamal Makili - Əliyev və SAM-ın məsləhətçi eksperti Kamal Qasımov daxildir.


Səfərin ilk günü, 23 noyabr 2014-cü il tarixində SAM-ın nümayəndə heyəti Küveyt Xarici İşlər Nazirliyi Diplomatik İnstitutunda rektor səfir Əbdüləziz Əl-Şərixlə  görüş keçirilmişdir. Görüşdə İnstitutun müdavimləri, həmçinin Küveyt XİN müvafiq idarələrinin əməkdaşları da iştirak etmişdir.


24 noyabr 2014-cü il tarixində "Azərbaycan və Küveyt əlaqələrində birgə məsələlər" mövzulu beynəlxalq konfransı açılış nitqləri ilə Sosial Elmlər üzrə Kollecin dekanı Professor Abdul -  Reda Assiri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktor müavini Gülşən Paşayeva, Asiya Araşdırmalar Mərkəzinin direktoru Professor Mohammed Al - Sayed Saleem və "Küveyt - Azərbaycan Dostluq Komitəsi"-nin keçmiş üzvü Mubarak Al - Najadnin başlamışdır.


Moderatorunun Hassan Jovherin olduğu "Küveyt - Azərbaycan əlaqələri" mövzulu birinci sessiyanın məruzəçiləri SAM-ın məsləhətçi eksperti Kamal Qasımov və Dr.Abdullah Sahar olmuşdur.


Moderatorunun Mubarak Al - Najadanın olduğu "Dağlıq Qarabağ münaqişəsi və bu istiqamətdə ərəb siyasəti" mövzulu ikinci sessiyanın məruzəçiləri SAM-ın Direktor müavini Gülşən Paşayeva, SAM-ın aparıcı elmi işçisi Kamal Makili - Əliyev və Asiya Araşdırmalar Mərkəzinin direktoru Professor Mohammed Al - Sayed Saleem olmuşdur.


Konfrans sual - cavab sessiyası ilə başa çatmışdır.


Eləcə də, SAM-ın nümayəndə heyəti Küveyt İnfromasiya Naziri, Gənclərlə iş üzrə Dövlət Naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahla  görüşmüşlər. Şeyx Salman öz çıxışında demişdir ki Küveyt Dövləti Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirmək üçün cəhd göstərir, Azərbaycan Respublikasına Küveyt, Ərəb və İslam dünyasının böyük maraqı var və Azərbaycan iqtisadi və siyasi sabitlik baxımından fərqlənir.


SAM-ın nümayəndə heyəti həmçinin Küveyt Dövlətində Azərbaycan Respublikasının səfiri cənab Tural Rzayev, səfirin müşaviri cənab Cavid Musayev, Küveyt Dövlətinin Vəqflər və İslam məsələləri üzrə Nazir müavini Dr. Adel Əl-Fələhlə görüşmüşlər.



 

: 4303