| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Milanda səfərdədir

2018-05-18 17:25:38

18 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Orxan Bağırovdan ibarət nümayəndə heyəti İtaliya Respublikasının Milan şəhərinə səfər edərək Milan Universitetinin İqtisadiyyat və Beynəlxalq Münasibətlər məktəbində “Avrasiyada əməkdaşlıq: identiklik, təhlükəsizlik və inkişafın əlaqələndirilməsi” mövzusunda keçirilən seminarda çıxış etmişdir.

 

 

Seminarda İtaliyanın aparıcı beyin mərkəzlərindən olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) və SAM-ın birgə tərəfdaşlığı ilə cari ildə nəşr edilmiş “Avrasiyada əməkdaşlıq: identiklik, təhlükəsizlik və inkişafın əlaqələndirilməsi” kitabında əksini tapmış mövzular - qlobal və regional güclərin bölgədəki rolu, eləcə də  dövlətlərarası və qeyri-dövlət aktorları arasındakı əməkdaşlığı şiddətləndirən və ya regional tərəfdaşlığa maneçilik törədən identiklik əlaqələri, fərqli inkişaf hədəfləri və təhlükəsizlik çağırışları və s. məsələlər müzakirə edilmişdir.

 



 

: 368