| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Misirə səfər edəcək

2013-03-18 12:24:31

26-27 mart 2013-cü il tarixlərində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı və eksperti Kamal Qasımov İslam Konfransı Təşkilatının beyin mərkəzlərinin 4-cü forumunda iştirak və çıxış etmək məqsədilə Qahirə (Misir) şəhərinə səfər edəcəklər.

Misir Ərəb Respublikasının Baş nazirinin himayəsi altında keçirilən forum "İslam Konfransı Təşkilatı öləkələrinin iqtisadi inteqrasiyası: Perspektivlər və çağırışlar" mövzusuna həsr olunub.

Tədbirdə Vüsal Qasımlı "Resursla zəngin müsəlman ölkələri: İqtisadi yüksəliş", Kamal Qasımov isə "Azərbaycanda islam bankçılığı: tarix və perspektivlər" mövzusunda məruzə ilə çıxış edəcəklər.

 




 

: 362