| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

2015-11-30 09:08:41

1-2 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına (Ciddə şəhəri) səfər edəcək. 

 

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili Əliyev daxildir.

 

Səfərin ilk günü SAM-ın nümayəndə heyətinin Kral Əbdüləziz Universitetinin Strateji Araşdırmalar Mərkəzi ilə tanışlığı, Mərkəzin direktoru İbrahim Kutubi və daha sonra Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevlə görüşləri nəzərdə tutulub.

 

2 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi və SAM-ın birgə təşkilatçılığı ilə  "İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium keçiriləcək.

 

Simpoziumda “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna” və “Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək tövhələri” mövzularında müzakirələr planlaşdırılır.  



 

: 749