| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti “Türkiyə-Azərbaycan-Gürcüstan - Enerji təhlükəsizliyi, Nəqliyyat və Nəqliyyat dəhlizləri” mövzusunda üçtərəfli konfransda iştirak etmək üçün Ankara (Türkiyə) şəhərində səfərdə olmuşdur

2016-04-07 11:16:17

5 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondu (GFSIS) və SAM-ın birgə təşkil etdiyi “Türkiyə-Azərbaycan-Gürcüstan - Enerji təhlükəsizliyi, Nəqliyyat və Nəqliyyat dəhlizləri” mövzusunda üçtərəfli konfransda iştirak etmək üçün Ankara (Türkiyə) şəhərində səfərdəolmuşlar.

 

Tədbir “Enerji və Enerji təhlükəsizliyində yeni dinamika”, “Nəqliyyat dəhlizlərinin genişləndirilməsi” və "İpək Yolu və Kəməri təşəbbüsü" və "Orta Dəhliz Layihəsi" boyu imkanlar” mövzulu üç paneldən ibarət olmuşdur.  

 

Konfransda Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Tədqiqatlar Mərkəzinin Direktoru Ali Resul Usul,  Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Yekaterina Metreveli, Azərbaycan Respublikası Dövlət Dəmiryolları Tarif Siyasəti və Marketinq İdarəsinin rəis müavini Cavid Quliyev və başqaları məruzələrlə çıxış etmişlər.  



 

: 89