| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Yunanıstanda səfərdədir

2014-04-01 02:12:10

31 mart - 2 aprel 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı, SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə və Media Xidmətinin rəhbəri Mehriban Həsənova Afinada (Yunanıstan) səfərdədir.  

Səfərin ilk günü, 31 mart 2014-cü il tarixində SAM-ın nümayəndə heyəti “Azərbaycan-Yunanıstan iqtisadi əlaqələr: imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.  

Konfrans Beynəlxalq İqtisadi Əlaqələr İnstitutu (Afina,Yunanıstan), Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyi tərəfindən təşkil olunmuşdur.

Tədbiri Beynəlxalq İqtisadi Əlaqələr İnstitutunun direktoru Charalambos Tsardanidis giriş sözü ilə açmışdır.

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov  “Azərbaycanın Qərbi və Şərqi Avropada enerji siyasəti”, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı “ Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq: Enerji” və Makıs Papapostolou "Azərbaycanda biznes imkanları" mövzularında çıxışlar etmişlər.

SAM-ın nümayəndə heyəti səfərin birinci günü eləcə də Yunanıstan – Azərbaycan Gənclər Mərkəzində, Qara Dəniz Tədqiqatlar İnstitutunda görüşlər keçirmişlər.

Səfərin ikinci və üçüncü günləri “Qara dəniz və Cənubi Qafqazda Təhlükəsizlik: Yunanıstan və Azərbaycanın baxışı” mövzusunda konfransın keçirilməsi, Avropa və  Xarici Siyasət üzrə Ellenik Fondunda (ELIAMEP) Razılaşma Memorandumunun İmzalanması, Xarici İşlər Nazirliyi, Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupu, Yunanıstan-Azərbaycan Gənclik Mərkəzi və Qara Dəniz  Beynəlxalq Araşdırmalar Mərkəzində (ICBSS) görüşlər planlaşdırılır.



 

: 1515