| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyətinin Almaniya səfəri davam edir

2014-05-08 08:09:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində Berlin şəhərində "Almaniya-Azərbaycan İkitərəfli Forumu: Xəzər dənizi regionunda təhlükəsizlik və inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbir Almaniya Parlamentində təşkil olunmuşdur.


Konfransı açılış nitqi ilə Azərbaycan Respublikasının  Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Pərviz Şahbazov və Almaniya Bundestaqının üzvü, Almaniya Parlamentindəki Almaniya Xristian-Demokrat Birliyi/Bavariya Xristian-Sosialist Birliyi fraksiyasının enerji siyasəti üzrə koordinatoru Tomas Bareis başlamışdır.  


Moderatorunun "Konrad Adenauer Fondu"-nun Cənubi Qafqaz üzrə proqram direktoru Canan Atılqanın olduğu "Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik strategiyaları və strukturları: Azərbaycanın regiondakı rolu" mövzulu birinci panelin əsas məruzəçisi Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov olmuşdur. 


"Azərbaycan regionda iqtisadi inkişafın aparıcı qüvvəsi kimi" mövzulu ikinci paneldə SAM-ın şöbə müdiri Vüsal Qasımlı və Almaniya Parlamentinin üzvü, İqtisadiyyat və enerji komitəsinin üzvü Mark Hauptman çıxış etmişlər. İkinci panelin moderatoru Yasper Eitze olmuşdur. 


8 may 2014-cü il tarixində SAM-ın şöbə müdiri Vüsal Qasımlı və aparıcı elmi işçisi Heydər Mirzə "Frankfurt Sülh Tədqiqatları İnstitutu"-nda münaqişələrin həlli mövzusunda ictimai mühazirələrlə çıxış etmişdir.


Tədbir sual - cavab sessiyası ilə başa çatmışdır.


Daha sonra BMT-nin Ətraf Mühit Təşkilatının İqlim və Davamlı Enerji Mərkəzində Vüsal Qasımlı "Yaşıl inkişaf:  Almaniya və Azərbaycan təcrübəsi" mövzusunda seminar keçirmişdir.


Almaniyaya səfərin sonunda "Frankfurt telehous"-da görüş keçirilmiş və  İKT sahəsində müzakirələr aparılmışdır.




 

: 940