| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-IN RƏHBƏRİ ALMANİYADA SƏFƏRDƏDİR

2011-04-28 13:45:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev Almaniyada səfərdədir. Aprelin 29-da SAM-ın direktoru Berlində SAM və Almaniya Federativ Respublikası Xarici Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə "Cənubi Qafqazın yeni geosiyasəti: Azərbaycandan baxış” mövzusunda keçiriləcək konfransda çıxış edəcək.

Tədbirdə AFR parlament üzvlərinin, nüfuzlu siyasətşünasların, iqtisadçıların və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirakı gözlənilir. Səfər çərçivəsində E. Nuriyev AFR-ın beyin mərkəzlərinin rəhbərləri ilə görüşərək, onlarla iki ölkənin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələri müzakirə edəcək.

Görüşlərdə, həmçinin Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Avropa, əsasən də Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparacaq.


 

: 442