| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM-ın şərhləri"nin növbəti sayı ingilis dilində çap edilmişdir

2016-12-28 15:46:54

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan "SAM-ın şərhləri"nin növbəti sayı ingilis dilində çap edilmişdir. SAM-ın baş elmi işçisi Kamal Makili-Əliyevin müəllifi olduğu "ATƏT-in qiymətləndirilməsi: regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru"  adlanan bu yeni nəşrdə beynəlxalq münasibətlərin aktorlarından biri və regional təhlükəsizlik təşkilatı kimi ATƏT-in yaranması, inkişafı, insti­tusional və funksional problemlərinin xüsusiyyətləri ətraflı təhlil edilmiş, onun uğursuz­luğuna gətirib çıxaran amillər nəzərdən keçirilmişdir.



Nəşr üzərində işləyərkən ATƏT-in qəbul etdiyi sənədlər və başqa rəsmi mənbələrdən geniş istifadə edən müəllif digər Avropa təsisatları və təşkilatları kimi ATƏT-in də bir sıra dövlətlər və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışdığını, ondan təbii gözləntilər əvəzinə ikili standartlar sərgilədiyini və bu hadisələrin müəyyən presedentlər yaradaraq beynəlxalq hüququn tələblərini pozduğunu və bir sıra haqlı suallar doğurduğunu, xüsusilə  təşkilatın suveren Azərbaycana mü­na­sibət­də qərəzli siyasətinin həm qlobal, həm də regional determinantlarının öyrənilməsinin vacibliyini qeyd etmişdir.  



Bundan başqa, bu yeni nəşrdə ATƏT-in yaranmasına və inkişafına təsir etmiş əsas amillər, Helsinki Yekun Aktının qəbul olunmasının səbəb və nəticələri, habelə təşkilatın əsas fəaliyyət sahələri və bunun Avropada təhlükəsizliyə təsirləri, ATƏT-in siyasiləşdirilmə prosesinin nəticələri,  qeyri-obyektivlik, təhlükəsizlik təşkilatı kimi uğursuzluqları, ATƏT-də islahatların aparılması ehtiyacı kimi önəmli məsələlər də araşdırılmışdır.



Həmçinin xüsusi nəşrdə ATƏT tərəfindən tətbiq olunan ikili standartlar və qeyri-obyek­tiv qərarların qəbul edilməsi ilə bağlı nümunələr verilmiş, siyasiləşdirilmiş fəaliyyətinin nəticələri göstərilmiş və təşkilatda islahatların həyata keçirilməsinə dair konkret təkliflər irəli sürülmüşdür. 

  


Evolution of OSCE - from regional organization to the political tool (SAM comments XVIII).pdf



 

: 425